Almaniya və Fransanın hakimiyyət orqanları digər tərəfdaşlarla birlikdə Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün uzaqmənzilli silahlar hazırlamaq barədə razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunan sənəddə deyilir.

Almaniya hökumətinin saytında dərc olunan sənəddə konkret hansı silah növünün nəzərdə tutulduğu göstərilməsə də, söhbət uzaqmənzilli raketlərdən gedir.

“Fransa və Almaniya öz tərəfdaşları ilə birlikdə uzunmənzilli silahlar sahəsində uzunmüddətli, hərtərəfli və əhatəli əməkdaşlığa başlayacaqlar ki, bu da Avropa hərbi sənaye bazasının gücləndirilməsi ilə müşayiət olunacaq”, –məlumatda deyilir.

 

Gözəl Həşimova