Bu gün “Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “Twitter“ səhifəsində qeyd edib.

Onun sözlərinə görə, bu iş üzrə yeni istintaq işgəncə və cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər.

Bu gün Baş Prokurorluq "Tərtər işi" üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması barədə məlumat yayıb.