Çexiya Parlamentinin Deputatlar Palatası ölkənin gələn il büdcə kəsirini 252 milyard kron (11,5 milyard dollar) məbləğində təsdiqləyib.

İqtisadiyyat.az "İdnes.cz" xəbər verir ki, deputatlar dövlət büdcəsinin ayrı-ayrı maddələri arasında vəsaitlərin yenidən bölüşdürülməsi ilə bağlı müzakirələri davam etdirəcəklər.

Lakin deputatlar artıq büdcə kəsirini dəyişdirə bilməyəcəklər. Bununla da büdcə kəsiri ümumi daxili məhsulun (ÜDM) 2,2%-ni təşkil edəcək.

Bununla da uzun illər sonra Çexiyanın büdcə kəsiri 3%-dən az olacaq. Yeni büdcədə xərclər 99,5 milyard dollar, gəlirlər 88 milyard dollar təşkil edəcək.

 

Gözəl Həşimova