Dövlət Turizm Agentliyi 2023-cü il üzrə Azərbaycanın turizm sahəsində təbliğat işləri aparacaq.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, qurum turizm sahəsində təbliğat xarakterli materiallar, eləcə də turizm məhsullarının hazırlanması xidmətlərini satın alır.

Agentlik “Adzone-S” MMC ilə 2 483,9 min manat dəyərində müqavilə imzalayıb.