“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Şəbəkə administratoru vəzifəsi üzrə vakansiya elan edir.

İqtisadiyyat.az bankın vəzifə üzrə tələb və öhdəliklərini təqdim edir

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud “NG Firewall”-ların administrasiyası;
  • Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi;
  • Kabellər, şəbəkə yuvası və s. ilə bağlı fiziki işlərin yerinə yetirilməsi;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Konvergent IP şəbəkələri WLAN, WAN, LAN, VPN/Firewall kimi şəbəkə infrastrukturları haqqında biliklər və onların tətbiqi;
  • AAA, RADIUS, TACACS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
  • BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiqi;
  • VPNs, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • Data Center Switch haqqında biliklər və onların tətbiqi;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi;
  • Monitorinq sistemi üzrə biliklər;
  • Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.