“Bank Respublika” ASC Qax filialı üçün Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  • Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Qax) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.