Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 168 manat təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,6 % çoxdur.

Xatırladaq ki, hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 11,2 % artaraq 920 manat olub. Beləliklə, Bakıda orta maaş ölkə üzrə orta göstəricini 27 % üstələyir.