Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir Ağdaş rayonunda baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, region gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan adıçəkilən layihənin qonağı Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangir olub.

Fond tərəfindən ilin sonuna kimi müxtəlif bölgələrdə "Ziyalı nəsihəti" layihəsinin davam etdirilməsi planlaşdırılır.