Bugun saat 22:00 radələrində Paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş vermişdir.

İqtisadiyyat.az xəbər verir ki, Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev tərəfindən verilən məlumata görə hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.