Türkiyə Məhkəmə Tibbi Ekspertiziya mərkəzinin rəhbəri Hızır Aslıyüksək zəlzələ nəticəsində ölənlərin kimliyinin necə müəyyən edilməsindən danışıb.

İqtisadiyyat.az xəbər verir ki, Hızır Aslıyüksək bu prosesdə əsasən barmaq izi və qan nümunələrinin önəmli olduğunu vurğulayıb:

“Zəlzələdən bu yana 38 min 199 cəsəd müayinəsi aparılıb. Kimliyi bilinməyən cəsədlərlə bağlı yaxınlarını itirənlərdən yaxma və qan nümunələri alınır. Ana, ata və uşağının qan nümunəsi verməsi vacibdir. Yoxdursa, qardaşı, əmi və ya babasından nümunələr götürürük. Daha sonra bizim bazamızda olan DNT-lərlə uyğunlaşdırıb cəsədləri təhvil veririk. Bəzi cəsədləri yaxınları tanıyır, bəzilərindən isə barmaq izi götürürük”.

O həmçinin qeyd edib ki, hazırda qurumdan 454 nəfər 11 fərqli bölgədə bu proseslərdə çalışır.