"Ukraynanın əks-hücum əməliyyatı xoşbəxt sonluqla bitməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "CNN"ə müsahibəsində deyib

“Əks-hücum əməliyyatı xoşbəxt sonluqla bitən deyil. Çünki, Ukrayna artıq çox insan itirib”, - deyə lider vurğulayıb.

Əlavə edək ki, iyun ayında Ukrayna prezidenti hərbçilərin əks-hücum zamanı ciddi müqavimətlə üzləşdiyini desə də, vəziyyəti müsbət qiymətləndirib. Sentyabrın 5-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna üç ay ərzində heç bir əks-hücum məqsədinə nail olmayıb.

 

Gözəl Həşimova