Ukrayna prezidenti Vladimir Zelenski beş gün ərzində ikinci dəfə ölkənin Ali Baş Komandanının qərargahında Donbass və ölkənin cənubundakı vəziyyətlə bağlı iclas keçirib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb . 

İclasda əməliyyat bölgələrinin ukraynalı komandirləri onlara həvalə edilmiş ərazilərdə vəziyyətlə bağlı təqdimatlarla çıxış ediblər. Zelenskinin ofisindən bildirilib ki, iştirakçılar Donetsk və cənub cəbhələrinə xüsusi diqqət yetiriblər. 

Bundan əlavə, görüşdə taktiki səviyyəli komandirlərin hazırlığının təkmilləşdirilməsi yolları və Ukrayna ərazisində zərbələr zamanı əks tədbirlər müzakirə olunub.