"Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına yardımın ayrılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz tvitter hesabından Azərbaycan Prezidentinə təşəkkür edib.

"Dost Azərbaycanın bu dəstəyi Ukraynanın enerji kompleksinin təcavüzkarın davamlı hücumları qarşısında dayanıqlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik", - Zelenski qeyd edib.