Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirici rol oynamaqda davam edir; onların əsas funksiyası atəşkəs rejiminə riayət etməkdir. Regionda davam edən gərgin vəziyyəti nəzərə alsaq, onların işi həmişə olduğu kimi vacibdir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağı tərk etməli olması ilə bağlı bəyanatını da şərh edib. O, qeyd edib ki, rəsmi Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının tərəfi deyil.

Rus diplomat vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin regionda qalma müddəti və müddətin potensial beş il uzadılması barədə müddəalar məhz bu sənəddə əksini tapıb.

"Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də regional güclərin, o cümlədən Türkiyənin maraqlarına cavab verir. Bu baxımdan, Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə müştərək Mərkəzi çərçivəsində türk tərəfdaşlarımızla mühüm əməkdaşlığı xatırladırıq", - diplomat əlavə edib.