Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə qardaş ölkəyə işgüzar səfər edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyulub, hörmət və ehtiram nümayiş etdirilib.