2006-2010-cu illərdə doğulmuş nəsillərə tütün satışının qadağan edilməsi əsrin sonuna qədər ağciyər xərçəngindən təxminən 1,2 milyon ölümün qarşısını ala bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Qeyd edilib ki, ağciyər xərçəngi hallarının 85 faizi siqaretdən qaynaqlanır və bu xərçəng növü bütün dünyada ən ölümcül xərçəng hesab olunur. Mövcud siqaret meylləri davam edərsə, 2006-2010-cu illər arasında doğulmuş təxminən üç milyon insanın ağciyər xərçəngindən öləcəyi proqnozlaşdırılır.

Ancaq hesablamalara görə, əgər 650 milyon insana siqaret satışı qadağan olunarsa, 2095-ci ilə qədər 1,2 milyon ölümün qarşısı alına bilər. Kişilərdə ağciyər xərçənginə bağlı ölümlərin 45%-dən çoxunun, qadınlarda isə 31%-nin qarşısı alına bilir.

Bəzi ölkələrdə tütündən azad nəsil təşəbbüsləri artıq həyata keçirilir. Məsələn, Yeni Zelandiya 2022-ci ildə 2008-ci ildən sonra doğulan insanlara siqaret satışını qadağan edən ilk ölkə olub.

Araşdırma "The Lancet Public Health" jurnalında dərc olunub.

 

Gözəl Həşimova