Niderland Livandan öz vətəndaşlarını təxliyə etməyə başlayır və eyni zamanda İsraildən mümkün təxliyəyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans "X" sosial şəbəkəsində məlumat verib.

"İlk hərbi nəqliyyat təyyarəsi artıq havaya qalxıb və Livana gedir. Sabah isə ikinci uçuş planlaşdırılır. Biz həmçinin İsraildəki vəziyyəti izləyirik və mümkün evakuasiyaya hazırlaşırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyi indiyədək 400-ə yaxın insanın Livanı tərk etmək üçün yardım istəyib.

 

Gözəl Həşimova