Pentaqonun bölgəyə daha bir neçə min hərbçi göndərmək qərarından sonra Yaxın Şərqdəki ABŞ hərbi qulluqçularının sayı 43 min nəfərə çatıb.

İqtisadiyyat.az bu barədə "Associated Press"ə (AP) istinadən xəbər verir.

Məlumata görə, Amerikanın bölgədəki qüvvələri bir neçə min hərbçi, 12-dən çox gəmi, döyüş təyyarələri və digər təyyarələrlə gücləndirilib.

Qeyd edilib ki, adətən Yaxın Şərqdə təxminən 34 min Amerika əsgəri yerləşdirilir, lakin İsrail və Livan arasında artan gərginlik səbəbindən Pentaqon qüvvəsini gücləndirmək qərarına gəlib.

 

Gözəl Həşimova