İsrail ordusunun mətbuat xidməti Livandan İsrailə atılan 25 raket və 2 pilotsuz uçuş aparatının (PUA) bəzilərinin ələ keçirildiyini açıqlayıb.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Livandan atılan iki pilotsuz təyyarədən biri İsrail Hərbi Hava Qüvvələri tərəfindən Nahariya şəhəri sahillərində ələ keçirilib, ikincisi isə yaşayış olmayan əraziyə düşüb.

Zərərçəkənlər barədə məlumat verilmir.