Keçmiş vəkil Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib. 

“Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub. İş üzrə 3 şahid dindirilib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, vəkil sentyabrın 17-də Moskvada saxlanılıb. O, 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur. 

 

Sadiq Cavadov