ABŞ-nin cənub-şərqində aktivləşən "Helen" qasırğası nəticəsində 202 nəfər həyatını itirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Qasırğa əsasən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarındakı sakinlərə təsir edib.

Qurbanların çoxu Şimali Karolinada qeydə alınıb.