Yunanıstanın baş naziri Kiriakos Mitsotakis "Crocus City Hall"da törədilən terror aktını pisləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş nazir ofisi "X"də bildirib.

"Hökumət və bütün yunanlar günahsız Rusiya vətəndaşlarına qarşı törədilən vəhşi terror aktını pisləyir", - məlumatda deyilir.

"Dövlətlər və liderlər tərəfindən təcavüzə və avtoritarizmə qəti şəkildə qarşı çıxdığımız kimi, dini və ya irqi fərqliliklər bəhanəsi ilə özünü göstərən qəddar zorakılığa da qarşıyıq. Biz azadlıq, demokratiya və mədəniyyətin tərəfdarıyıq. Və düşüncələrimiz qurbanların ailələri və Rusiya xalqı ilədir", - Mitsotakis əlavə edib.