Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş direktoru Vasif Abbasov vəzifəsindən azad olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, V.Abbasov 2020-ci ildən bu vəzifədə çalışırdı. O, həmin zaman parkın tabe olduğu AMEA Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu. Bu vəzifədə Əli Abbasovu əvəzləmişdi. V.Abbasov hazırda YTP-nin rezidenti olan Təcrübə-sənaye zavodunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Məlumat üçün bildirək ki, “Yüksək Texnologiyalar Parkı” 2022-ci ildən AMEA-nın tərkibindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.