Yod çatışmazlığı tiroid funksiyasının azalmasına səbəb olur və bu, orqanizmə mənfi təsir edir.

İqtisadiyyat.az xəbər verir ki, rusiyalı dietoloq İrina Mansurovan qidalanmanın köməyi ilə yod çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.

Onun sözlərinə görə, yodun gündəlik norması 120-150 mikroqramdır. Yod çatışmazlığı nəticəsində ürəyin, qan damarlarının, əzələlərin, həzm sisteminin işi pozulur. Bundan başqa,  depressiya yaranır, yaddaş zəifləyir, əmək qabiliyyəti aşağı düşür, psixi xəstəliklərin yaranma riski yaranır.

“İlk növbədə süd və süd məhsulları istehlak etməlisiniz. Bir stəkan süd sizə 60-80 mikroqram yod verəcək. Həmçinin yumurta sarısı, burada 24 mikroqram yod var”, – deyə Mansurova qeyd edib.

Həkim həmçinin dəniz məhsullar, siyənək, qızılbalıq, kalmar, dəniz yosunu və kürü kimi qida məhsullarını sadalayıb. O, vurğulayıb ki, bütün bunlar yodun gündəlik tələbatını qarşılamağa kömək edir.