“Miss Earth” (“Yer kürəsi gözəli”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi Albaniya təmsilçisi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə finalın “YouTube”da yayımı zamanı məlumat verilib.

“Miss Earth” müsabiqəsinin finalında münsiflər heyəti dörd qalibi seçib. Ən şərəfli titul “Miss Earth” hesab olunur ki, bu titul da albaniyalı Drita Ziriyə qismət olub.

Həmçinin hava, od və su kimi digər elementlərin də kraliçaları seçilib.

Filippinli İlyana Aduana “Miss Air” (Hava) olub. Tayland təmsilçisi Kora Blialult “Miss Fire” (Od), vyetnamlı Do Txi Lan An isə “Miss Water” (Su) tituluna layiq görülüblər.