Xəzər sahilindən yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.

Bildirilir ki, 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək.