Bu gün “Yeni Sabah” xəbər saytının 5 yaşı tamam olur.

İqtisadiyyat.az xəbər verir ki, sayt 2019-cu il yanvarın 25-dən fəaliyyətə başlayıb. Yenisabah.az-ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddət ərzində tanına bilib. 

Hazırda saytı hər gün onminlərlə oxucu ziyarət edir. 

Saytda cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.

“Yeni Sabah” müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla əməkdaşlıq edir.

“Yeni Sabah”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!