Lənkəranda intihar hadisəsi baş verib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Rvo kəndində, şadlıq sarayının arxasındakı meşə massivində qeydə alınıb. 

Lerik rayon Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov özünü asaraq intihar edib. 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədilər. 

R.Kərimovun intihar etməsinin səbəbləri hələlik məlum deyil. 

Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov "Yelo Bank" ASC-nin Lənkəran filialında çalışırdı.