Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçur.

Həmçinin yanvar ayından etibarən “Ural Hava Yolları” Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.