Azərbaycanın strateji gücü, peşakar ordusu və Ali Baş Komandanın siyasi iradəsi sayəsində  44 gün davam edən İkinci Qarabağ savaşı hazırda da dünyanın diqqət mərkəzindədir. Fəxr hissi ilə demək olar ki, ordumuzun qüsursuz döyüş bacarığı, əzmi hərb meydanında öz möhrünü vurdu. Bu uğurda geri çəkilmək bilməyən hərbçilərimiz, əsgərlərimiz  Ermənistan xislətini, erməni vandalizmini məhv etdi. Hərb yolu ilə işğaldan azad olunmuş torpaqlarımızın hər qarışında Azərbaycan əsgərinin ayaq izi, 2783 şəhidinin isə qan izi var. Təbii ki, tökülən qan da, yara alan 1245 can da bir amal üçün idi – Vətən! 
   Hazırda yaralı hərbi qulluqçularımızın Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və digər tibb müəssisələrində müalicələri uğurla davam etdirilir. Vətən müharibəsində yaralanan hərbçilərimiz və valideynləri həm döyüş zamanı, həm də ondan sonrakı dönəmdə onlara göstərilən diqqətə və qayğıya görə prezident İlham Əliyevə, Silahlı Qüvvələrin Tibb Baş İdarəsinin rəhbərliyinə, Baş Klinik Hospitalının həkim heyətinə öz təşəkkürlərini bildiriblər. 

 Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə isə şəfa versin!