Yaponiyanın qərb sahillərini sunami vurub.

İqtisadiyyat.az xəbər verir ki, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.

Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.

Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün Yaponiyanın mərkəzində güclü zəlzələlər olub. Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, Yaponiyada 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb. 7,6 maqnitudalı zəlzələnin ocağı Anamizu şəhərindən 42 km uzaqlıqda dənizdə yerləşib. Yerli vaxtla saat 16.10-a baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

***

11:51

Yaponiyada sunami təhlükəsi elan edilib

Sunaminin hündürlüyünün 5 metr olacağı bildirilib.

İqtisadiyyat.az-ın məlumatına görə, əhali təcili olaraq sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.