Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 48 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, “NHK World-Japan” televiziya kanalı bu barədə məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində minlərlə bina dağılıb. Hazırda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar və əsgərlər zəlzələ baş verən ərazilərdədir.

Həmçinin əlavə edilib ki, Yaponiyada yeraltı təkanlar artıq ikinci gündür ki, davam edir.

***

09:09

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 50-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

***

07:15

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Dünyasını dəyişənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İsikava prefekturasının sakinləridir.

Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, 200-dən çox ev yanıb.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.

Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.

20:45

***

Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində azı iki nəfər ölüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, iki nəfərin meyiti dağılmış yaşayış binalarının dağıntıları altından çıxarılıb. Bu itkilər 2024-cü ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə zəlzələlərin ilk qurbanlarıdır.

Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. 

Bildirilib ki, xilasetmə xidmətləri hadisə yerində işləyir.