Tokionun Haneda hava limanına eniş edən “Japan Airlines”ə məxsus sərnişin avialayneri Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Bildirilir ki, “JAL-516”da ümumilikdə 367 sərnişin olub. Onların hamısı təxliyə ediliblər.

***
15:47

Tokio hava limanında toqquşma nəticəsində təyyarədə baş vermiş yanğın davam edir.

İqtisadiyyat.az xəbər verir ki, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


***

13.57

Tokioda göyərtəsində 379 nəfər sərnişinin olduğu deyilən təyyarə alovlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli “NHK World-Japan” kanalı məlumat yayıb.

Bildirilib ki, Tokio hava limanına eniş edən təyyarənin alovlanmasına səbəb digər təyyarə ilə toqquşması olub.

Yanan təyyarənin göyərtəsindəki bütün sərnişinlər və ekipaj üzvləri 90 saniyə ərzində təxliyə edilib.