Yapon tədqiqat qrupu dişlərini itirən insanların yenidən dişlərinin çıxmasına imkan yarada biləcək dərman müalicəsi üzərində işləyir.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə tədqiqatçı Katsu məlumat verib. O bildirib ki, klinik sınaqların 2024-cü ilin iyulunda başlaması gözlənilir.

"Tədqiqatın nəticələri 2021-ci ildə ABŞ-da elmi məqalədə dərc olundu və dünyada ilk diş bərpası dərmanının başlanğıcı olaraq böyük diqqət çəkdi. Hazırda dərmanın insan istifadəsinə hazır olması istiqamətində işlər aparılır.  Dərmanın insan orqanizminə heç bir mənfi təsiri olmadığı təsdiqləndikdən sonra 2 yaşdan 6 yaşa qədər olan uşaqların anodontiya (anadangəlmə əskik dişlər) ilə müalicəsi nəzərdə tutulur".

Gülşən Şərif

İqtisadiyyat.az