Yaponiya ilə Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Sözügedən razılaşmada Ukraynanın silah-sursat və humanitar yardımla təchizatı, kəşfiyyat sahəsində dəstək, habelə yaralı əsgərlərin Yaponiya ərazisində müalicəsi nəzərdə tutulur.

Məlumata görə, sənədləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə Yaponiyanın Baş naziri Fumio Kişida İtaliyada keçiriləcək “G7” sammitində təsdiqləyəcəklər.