Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Şimali Koreyanın nüvə və raket inkişaf proqramlarının ölkəsinin və dünyanın təhlükəsizliyini təhdid etdiyini və Şimali Koreyanın addımlarını yaxından izləyəcəklərini bildirib.

İqtisadiyyat.az Dövlət Televiziyası NHK-ya istinadən xəbər verir ki, Matsuno keçirdiyi mətbuat konfransında Şimali Koreya ilə bağlı açıqlamalar verib.

Matsuno bildirib ki, Şimali Koreyanın nüvə və raket inkişafı proqramları Yaponiyanın və dünyanın sülh və təhlükəsizliyini təhdid edir və “qəbuledilməzdir”. O, qərarlarının tam şəkildə yerinə yetirilməsini təmin etmək üçün digər ölkələrlə birlikdə çalışacaqlarını bəyan edib.

Matsuno, Simali Koreya lideri Kim Çen In ilə Rusiya Müdafiə naziri Sergey Şoyqunun görüşləri ilə bağlı sualını cavabsız qoyaraq, qeyd edib ki, Yaponiya hökuməti Şimali Koreyanın hər addımını şərh etməkdən çəkinəcək.