Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji xidmətindən bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri Coetsu şəhərindən 83 km şimal-qərbdə, ocağı isə 40 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.