Yaponiya Ukraynaya kömək etməyə davam edəcək və 2023-cü ildə Rusiyaya qarşı sanksiyalara dəstək olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida bildirib.  

O, 2023-cü ildə ölkə G7-nin sədri kimi Rusiyaya qarşı sanksiyaları təşviq etmək niyyətində olduğunu deyib. 

Kişida Ukraynadakı vəziyyətlə bağlı Rusiyanı tənqid edib. O, əlavə edib ki, gələn il Yaponiya Kiyevə kömək etməkdə davam edəcək və ona qarşı anti-Rusiya sanksiyalarını güclü şəkildə təşviq edəcək. Baş nazir Avropa və Hind-Sakit Okean regionunun təhlükəsizliyinin ayrılmaz olduğunu vurğulayıb. 

Qeyd edək ki, 2023-cü ildən Yaponiya G7-yə sədrlik edəcək. Sammit mayın 19-21-də Xirosimada keçiriləcək.