Yaponiya Bankı faiz dərəcələrini dəyişməz saxlayaraq iqtisadiyyatda canlanma olduğunu bəyan edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Yaponiya Bankı son pul siyasəti iclasından sonra kredit dərəcəsində heç bir dəyişiklik etməyib.

Mərkəzi bank faiz dərəcələrini 0,1 faiz səviyyəsində saxlayıb. Bununla yanaşı, 10 illik Yaponiya dövlət istiqrazlarının gəlirliliyini sıfıra yaxın həddə qoyub.

Qeyd edək ki, Yaponiyanın "Nikkei 225" indeksi 0,95 faiz, "Topix" indeksi isə 0,69 faiz ucuzlaşıb.

Gülşən Şərif