Yapon kosmik gəmisi "Hakuto-R" "Falcon 9" raketindən istifadə edərək Yerin təbii peykinə buraxılıb.

Buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kape Kanaveral bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.

Orbitə buraxıldıqdan 47 dəqiqə sonra qurğu "Falcon 9" raketinin ikinci pilləsindən ayrılaraq Aya tərəf getməlidir.

"Hakuto-R" Aya uğurla enən ilk şəxsi kosmik gəmi ola bilər.

Yaponiyanın “iSpace” şirkəti enmə qurğuları yaratmaq üçün robot-kosmik gəmi texnologiyasını inkişaf etdirir.

Yerin təbii peykinin görünən tərəfindəki Atlas kraterinə bir tonluq aparatın enişi 2023-cü ilin aprelinə planlaşdırılır. Bir sıra elmi cihazlarla təchiz edilmiş aparat stasionar zond qismində tədqiqat funksiyalarını yerinə yetirəcək.

Yaponiyanın enmə aparatı ilə birlikdə Aya Birləşmiş Ərəb Əmirliklərinin lunoxodu da göndəriləcək. Məhəmməd bin Rəşid Kosmik Mərkəzi tərəfindən yaradılmış bu mikrorover iki kamera, mikroskop, teplovizor və Lenqmür zondu ilə təchiz edilib.