Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı, professor Yalçın Əlizadə dəfn edilib. 

İqtisadiyyat.az xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, professor uzun sürən xəstəlikdən sonra ötən gün 83 yaşında dünyasını dəyişib. 

Xatırladaq ki, Yalçın Mustafa oğlu Əlizadə 1940-cı ildə dünyaya gəlib. 

O, uzun müddət Jurnalistika fakültəsinə rəhbərlik edib. 

Allah rəhmət eləsin!