Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcının günorta saatlarında Slatina şəhəri yaxınlığında qəzaya düşdüyü qeyd olunur.

Hazırda pilotların axtarışı aparılır.