Daxili İşlər Nazirliyinin keçmiş polis rəisi vəfat edib.

Xocalı Rayon Polis Şöbəsinin keçmiş sabiq rəisi, polis polkovniki Eldar Bağırov vəfat edib.

O, koronavirus xəstəliyindən ölüb.

Qeyd edək ki, Xocalı RPŞ-nin sabiq rəisi Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı bu ilin yay ayında təqaüdə göndərilmişdi.