2027-ci ilin mayına qədər Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə nəhəng elektrik stansiyasının tikintisi planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun müvafiq fərmanında deyilir.

Məlumata görə, tikinti işlərinə bu ilin noyabr ayında başlanılacaq. Bildirilib ki, tikinti işləri ölkədaxili istehlakçıların elektrik enerjisi ilə etibarlı və fasiləsiz təminatı, yerli elektrik enerjisinin ixracının həcminin artırılması və müasir texnologiyaların tətbiqi məqsədilə aparılacaq.

Elektrik stansiyasını Türkiyənin “Çalik Enerji” şirkəti tikəcək.

Xatırladaq ki, Türkmənistanın elektrik enerjisi Əfqanıstan, İran, Qırğızıstan və Özbəkistana ixrac edilir.

 

Gözəl Həşimova