"Xəzər İnşaat şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunvericiliyin tələbini pozma maddəsi ilə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

MMC-nin barəsində protokol tərtib olunan maddədə deyilir ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.