Ukraynanın Kiyevin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Roman Mroçko məlumat verib.

"Xersonda partlayış səsləri eşidilir", - deyə o, "Telegram" kanalında yazıb.

Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazilərində hava hücumu xəbərdarlığı elan edilməyib.

Bundan əvvəl Ukraynanın "Zerkalo Nedeli" nəşri şəhərdə partlayışlar barədə məlumat yayıb.