Ukraynanın Xerson vilayətinin Dnepr çayının sağ sahilində Kiyevin nəzarətində olan yaşayış məntəqələrindən uşaqlı ailələr məcburi təxliyə edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Məlumata görə, ümumilikdə 31 yaşayış məntəqəsinin boşaldılması planlaşdırılır. Onun sözlərinə əsasən, evakuasiya qərarı bölgənin müntəzəm atəşə məruz qalması səbəbilə verilib.

Bundan əlavə, bölgələrdə komendant saatının müddəti artırılıb.

 

Gözəl Həşimova