Bu gün bir qrup amerikalı jurnalist Qubaya səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalist və media işçisi - Vüsalə Abbasova, Əfram Kosafi, Paola Vargas, Paolo Von Şiraç, Selcuk Acar və Kelvin Dark dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.

Daha sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.