"Bu gün bizim sistemimizdə xaricdə yaşayan azərbaycanlı həkimlərin sayı 2000-ə yaxındır".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onlar arasında təkcə həkim fəaliyyəti ilə məşğul olanlar deyil, eyni zamanda müxtəlif tibb sahələrində inzibati vəzifələrə irəli çəkilənlər də var:

"Bu, xaricdəki həkim soydaşlarımızın uğurudur. Həmçinin 44 günlük Vətən müharibəsində orduda xidmət üçün Azərbaycana gələn və gəlmək istəyən həkimlərin sayı minlərlə idi. Müharibədən sonra xeyli qazimizə həkim soydaşlarımız tərəfindən dəstək göstərilib".