Xankəndi-Şuşa yolunda ermənilərin Birinci Qarabağ müharibəsində “qələbəsinin” “simvolu” olan tank Bakıya gətirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Tank ötən gün sökülərək Bakıda yerləşən Hərbi Qənimətlər Parkına yerləşdirilib.

Xatırladaq ki, bu tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış "T-72" tankı bərpa edilərək Xankəndi-Şuşa yolunda “abidə” kimi quraşdırılmışdı.